07 iyun 2025-ci il tarixdə, saat 10:00-dan 24:00-dək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar olaraq qurumun rəsmi saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az, new.e-taxes.gov.az) tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə mümkün olmayacaqdır. Dövlət Vergi Xidməti yarana biləcək narahatçılığa görə üzr istəyir.